Telefon oğrusu SAXLANILDI

Telefon oğrusu SAXLANILDI


ONN media xəbər verir ki, Paytaxt ərazisində bir neçə mağazadan mobil telefon oğurlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Belə ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində iki mağazadan ümumilikdə 7 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Göyçay rayon sakini Yusif Sadıqov olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Geri qayıt