Yuxarı Qarabağ kanalında azyaşlı batıb

Yuxarı Qarabağ kanalında azyaşlı batıb


Mingəçevirdə yeniyetmə su kanalında boğulub.

ONN media APA-ya istinadən xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının Mingəçevirin Energetiklər qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Kəlbəcər rayonundan olan məcburi köçkün, Mingəçevir şəhərində yaşayan 2004-cü il təvəllüdlü Qafarzadə Nicat Azər oğlu həmyaşıdları ilə birlikdə kanalda çimərkən batıb.

Fövqəladə Hallar Nazirliyinin dalğıcları əraziyə cəlb olunub, axtarışlar davam etdirilir.

Geri qayıt