İki günə olan cinayət və hadisələr

ONN media 2018-ci il aprelin 2-dən 3-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələri haqqında statistik məlumatı təqdim edir.
- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 98 cinayət faktı qeydə alınmış, onların da 22-si “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 25 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə 61 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 7 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılmışdır.