Sərnişin avtobusu avtomobillə toqquşdu-YARALANANLAR VAR

Sərnişin avtobusu avtomobillə toqquşdu-YARALANANLAR VAR


ONN media FHN-nin saytına istinadən xəbər verir ki,  Qazax rayonu ərazisində ”Mercedes” markalı sərnişin avtobusu və ”Mercedes” markalı minik avtomobili toqquşub.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur.

Minik avtomobilin sürücüsü, 1950-ci il təvəllüdlü Orucov Ziyalı Zahid oğlunun cəsədi xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Avtobusun sürücüsü və 12 nəfər sərnişin müxtəlif xəsarətlərlə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya aparılmışdır. 

Geri qayıt