Oğurluğa cəhd edən şəxslər saxlanılıb

Mühafizə polisi əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində oğurluğa cəhd edən şəxslər yaxalanıblar.
ONN media xəbər verir ki, aprelin 4-də “Sədərək” ticarət mərkəzində mağazaların birindən dəyəri 360 manat olan 2 ədəd “Ariston” su qızdırıcısını oğurlayaraq qaçmağa cəhd göstərən şəxs Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
10-cu Polis Bölməsinə təhvil verilən həmin şəxsin Sumqayıt şəhər sakini Xəyal Bağırov olduğu müəyyən edilib.
Aprelin 5-də saat 3.25-də Gəncə Regional Mühafizə İdarəsinə şəhər ərazisindəki qorunan mağazaların birindən həyəcan siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn polis əməkdaşları oradan oğurluğa cəhd göstərən yeniyetməni cinayət başında yaxalayaraq Kəpəz Rayon Polis İdarəsinə təhvil veriblər.
Hər iki faktla bağlı araşdırma aparılır.