Cəlilabadda bədbəxt hadisə

Cəlilabad rayonunun Alar kəndi ərazisində yeniyetmə oğlanın meyiti aşkar edilib.
ONN media xəbər verir ki, meyit 1990-cı il təvəllüdlü Fariq Xanəhməd oğlu Əliyevə məxsusdur.
İlkin məlumata görə, oğlan kanalın üzərindəki bəndlə gedərkən ayağı büdrəyərək suya düşüb. Su kanalında boğulan yeniyetmənin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.