Londonda terrora hazırlaşan şəxs saxlanılıb

Londonda terrora hazırlaşan şəxs saxlanılıb


London polisi “Qatvik” aeroportunda terror törətməyə hazırlaşan şəxsi saxlayıb.

ONN media RİA Novosti-yə istinadla xəbər verir ki, saxlanılma prosesi şənbə günü günorta baş verib.

“Aprelin 7-də, London polisi terror törətməyə hazırlaşan və terror materiallarının yayılmasında şübhəli bilinən 55 yaşlı kişini saxlayıb”, - deyə polisin yaydığı bəyanatda bildirilir.

Qeyd olunur ki, hazırda şübhəli təcridxanadadır.

Geri qayıt