"AZAL"ın təyyarəsi göydə quşa dəydi və eniş etdi

Bakı-Naxçıvan aviareysi təxirə salınıb.
ONN media xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib.
P.Kəsəmənskinin sözlərinə görə, aviareysin təxirə salınmasına təyyarənin havaya qalxarkən quş ilə toqquşması səbəb olub.