Məşhur bankdan pul OĞURLANDI
ONN media xəbər verir ki, "Kapital Bank" Bakıda bankın bankomatından 174 min manat pul oğurlanması faktı ilə bağlı məlumat yayıb.
Bankdan verilən məlumata görə, ötən həftə Kapital Bank-ın Yasamal filialındakı (Landau küç., bina 6) bankomata müdaxilə edilib.
Faktla bağlı cinayət işi açılıb və hazırda istintaq gedir: "İstintaq gedişatına mane olmamaq üçün, istintaq yekunlaşanadək bu barədə ətraflı məlumat verə bilmərik. İstintaq bitəndən sonra Daxili İşlər Nazirliyi ilə birgə açıqlama verəcəyik".
