Gəncədə QƏZA: 2 maşın toqquşdu

Gəncədə QƏZA: 2 maşın toqquşdu


Gəncə şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.

ONN media Report-a istinadən xəbər verir ki,  Şəhərin Şah İsmayıl Xətai prospektində "Mercedes" markalı avtomobillə "Hyundai"ın toqquşması nəticəsində 1966-cı il təvəllüdlü Samux rayon sakini Musa Ömürov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Geri qayıt