FHN yanan bina ilə bağlı məlumat yaydı

Bakının Binəqədi rayonunda tikilməkdə olan binada yanğın başlayıb.
ONN media Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın binanın yuxarı mərtəbəsində başlayıb.
Hazırda FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir.