Yaşayış binasında YANĞIN

Gəncədə yanğın hadisəsi baş verib.
ONN media FHN-nin saytına istinadən xəbər verir ki, şəhərin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 60 kv.m sahədə məişət tullantıları yanıb.
Yanğın zamanı binadan 6 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər və zirzəminin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.