Azyaşlını maşın vurub öldürdü

Azyaşlını maşın vurub öldürdü


İmişli və Biləsuvar rayonlarının sərhədində yerləşən Cəbrayıl qaçqın şəhərciyində məskunlaşan azyaşlını avtomobil vuraraq öldürüb.

ONN media APA-ya istinadən xəbər verir ki, “VAZ 2106” markalı  avtomobil  velosipedlə hərəkətdə olan Cəbrayıl rayon sakini, 2005-ci il təvəllüdlü Eyvazov Xəzər Hümbət oğlunu vurub. Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Geri qayıt