Lerikdə ev yanıb

Lerikdə ev yanıb


Lerik rayonunda yanğın hadisəsi qeydə alınıb.

ONN media  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Lerik rayonunda ümumi sahəsi 56 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin dam örtüyü və aynabəndinin tavanı 20 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Geri qayıt