Səfir həyatını itirdi

Səfir həyatını itirdi


Kural 2014-cü ildən Türkiyənin Benin Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışırdı

 Türkiyənin Benin Respublikasındakı (paytaxt Kotonu) səfiri Turqut Kural dünən gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişib. 

ONN media Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu öz "Twitter" səhifəsində yazıb.

Turqut Kural Ankara Universitetinin Siyasi elmlər fakultəsinin Beynəlxalq münasibətlər ixsitsasını bitirib. Diplomatik karyerasına 1991-ci ildə Xarici İşlər Nazirliyində başlayıb. Sonralar Türkiyənin Bağdad və Omman səfirliklərində üçüncü katib, Honq-Konq baş konsulluğunda müavin vəzifələrində çalışıb.

Kural 2014-cü ildən Türkiyənin Benin Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışırdı.





 

Geri qayıt