Sabunçuda yol qəzası

Sabunçuda yol qəzası


ONN media xəbər verir ki, bu gün səhər saatlarında Bakı şəhərinin Sabunçu rayonunda “Mercedes” markalı minik avtomobili beton maneəyə çırpılmışdır.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1972-ci il təvəllüdlü Bağırov Əsəd Ədalət oğlunun sıxılmış vəziyyətdə qalmış cəsədini nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. 

Geri qayıt