Bakıda küləyə görə xəsarət alanlar var

Bakıda küləyə görə xəsarət alanlar var

Kliniki Tibbi Mərkəzə külək səbəbindən xəsarət almış 3 nəfər yerləşdirilib.

Bu barədə ONN media-ya Mərkəzdən bildirilib.

Əlavə edilib ki, onlara ilkin olaraq alın nahiyəsinin çapılmış zədəsi və başın küt travması diaqnozu qoyulub.

Qeyd edilib ki, mərkəzə gətirilən hər üç şəxsə ilkin tibbi yardım göstərilib. Birinin xəstəxanada müalicəsi, digər iki şəxsin evə buraxılması nəzərdə tutulub.

Qeyd edək ki, bu gün və sabah ölkə ərazisində hava şəraiti yağıntılı keçəcək, güclü külək əsəcək, şimşək çaxacaq.

Geri qayıt