Gəncədə iki "Mercedes" toqquşdu

Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib.
ONN medıa xəbər verir ki, hadisə Gəncə-Şəmkir avtomobil yolunda qeydə alınıb.
Hərəkətdə olan iki “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində avtomobillərdən birinin sürücüsü 1991-ci il təvəllüdlü Qəmbər Mollayev xəsarət alıb.
Ona tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.