Nəsimidə evdə cəsəd aşkarlandı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
ONN media FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1929-cu il təvəllüdlü Qədirliyeva Züleyxa Yusifovna qızının cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.