Şəmkirdə ağır yol qəzası - ÖLƏNLƏR VAR

Şəmkirdə ağır yol qəzası baş verib.
ONN media xəbər verir ki, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.
Rayon mərkəzində keçirilən toy mərasiminə gedən Sabirkənd kənd sakinlərinin olduğu “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.
İlkin məlumata görə, qəza nəticəsində Şəmkir sakini - 1990-cı il təvəllüdlü Ayaz Allahverdiyev, avromobilin sürücüsü, 1987-ci il təvəllüdlü Emin Məmmədov ölüb, 1998-ci il təvəllüdlü Elami Əmiraslanov, onun əmisi oğlu, 1996-cı il təvəllüdlü Xəyyam Əmiraslanov isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.