Xızıda 41 yaşlı kişini at vurdu

Xızıda 41 yaşlı kişini at vurdu


Xızıda 41 yaşlı kişini at vurub.

ONN media xəbər verir ki, hadisə rayonun Giləzi qəsəbəsində baş verib.

Belə ki, 1977-ci il təvəllüdlü Xızı rayon sakini Hüseynov Osman Əliyar oğlunu at vuraraq ağır yaralayıb. O, xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır olan O.Hüseynov reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Geri qayıt