Səfirlik maşını qəzaya düşdü

Qəza hadisəsi Nəsimi rayonu Qasımov küçəsi 2-də qeydə alınıb.
ONN media xəbər verir ki, Çingiz Rəhimovun idarə etdiyi “Rance Rover” markalı avtomobil Polşa səfirliyinə məxsus “Mazda” markalı avtomobillə toqquşub. Nəticədə xəsarət alan olmasada avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə Nəsimi Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları gəlib və ilkin araşdırmalara başlayıblar, sürücülərin izahatları alınıb.