Bakıda idarə işçisi sərxoş vəziyyətdə öldü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
ONN media xəbər verir ki, Novxanı qəsəbəsi ərazisində “Bağlar” Elektrik Şəbəkəsinin əməkdaşı, 1960-cı il təvəllüdlü Səxavət Xəlilov transformatorda işləyərkən cərəyan vurması nəticəsində ölüb.
İlkin araşdırmalar zamanı 58 yaşlı idarə əməkdaşının hadisə vaxtı içkili olduğu və ehtiyatsızlıq səbəbində bədbəxt hadisə ilə üzləşdiyi məlum olub.