İstanbulda bomba həyəcanı

15 İyul Şəhidlər Körpüsündə tapılan naməlum çanta İstanbul polisini ayağa qaldırıb.
ONN media “Hurriyet”ə istinadən xəbər verir ki, körpüdə avtomobillərin hərəkəti hər iki istiqamətdə məhdudlaşdırılıb. Təxminən 20 dəqiqəlik axtarışlardan sonra yol tədricən açılıb və maşınların hərəkəti bərpa olunub.