Ağdaşda yol qəzası

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ONN media xəbər verir ki, aprelin 25-də saat 9 radələrində Ağdaş rayonunun Qaradeyin kəndi ərazisində Bakı şəhər sakini Faidə Məmmədova idarə etdiyi “KİA” markalı avtomobili aşırıb.
Nəticədə onun sərnişinlərindən bacısı Alidə Cəfərova hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.