3 yeniyetmə saxlanıldı

3 yeniyetmə saxlanıldı


DİN-in mətbuat xidmətindən ONN media-ya bildirilib ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət edən Boladi kənd sakini olan qadın gecə saatlarında yaşadığı evə pəncərədən girmiş 3 maskalı şəxsin onunla rastlaşdıqda pul vermələrini tələb etdiyini, pulu olmadığına görə onların aradan çıxdıqlarını bildirib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkldə şübhəli bilinən kənd sakinləri olan 3 yeniyetmə saxlanılıb.

Araşdırmalar zamanı saxlanılanların ev sahibini bıçaqla hədələmələri də müəyyən edildiyindən faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

Geri qayıt