Yaşayış binasında yanğın -15 sakin təxliyə edilib
Bakıda yaşayış binasında yanğın baş verib.
ONN media FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Sabunçu rayonunda ümumi sahəsi 69 m2 olan ikiotaqlı mənzildə (yaşayış yoxdur) baş verib. Nəticədə mənzildə 8 m2 sahədə məişət tullantıları yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini təxliyə edilib. Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
