Tovuz sakinini əqrəb sancıb

Tovuz sakinini əqrəb sancıb


Tovuz rayon sakinini əqrəb sancıb.

ONN media xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndinin Avaztəpə yaşayış massivində baş verib. Orada yaşayan 1989-cu il təvəllüdlü Əhmədov Bəhruz Məzahir oğlunun həyətdə iş görən zaman əqrəb sancdığı bildirilir.

Ayağını əqrəb sancan B.Əhmədov dərhal xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır.

Geri qayıt