"Nissan" 3 nəfəri vurdu

Xaçmazda piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.
ONN media bildirir ki, hadisə şəhərin "Bakı" prospektində baş verib.
"Nissan" markalı avtomobil yoldan keçən 3 nəfəri vurub. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.