Bakıda 3 mərtəbəli tikili yandı

Bakıda 3 mərtəbəli tikili yandı


Bakı şəhəri Səbail rayonu ərazisində yanğın olub. 

ONN media  xəbər verir ki, Badamdar qəsəbəsi, Ə.Nəzərov küçəsində yerləşən Təyyar Məmmədova məxsus olan 3 mərtəbəli və mansardlı tikilinin mətbəxində yanğın başlayıb. 540 kvadrat metrlik evin mətbəxindəki yanğın zamanı mebellər, paltaryuyan, qabyuyan, soyuducu və kondisioner yanıb.
 
Bildirilir ki, hadisə vaxtı evə daimi yaşayış olmayıb və təmir gedirmiş. 

Geri qayıt