İki avtomobil toqquşub - 2 nəfər ağır yaralanıb

İki avtomobil toqquşub - 2 nəfər ağır yaralanıb


Sumqayıtda iki avtomobil toqquşub.

ONN media  xəbər verir ki,  hadisə Bakı-Quba magistralının Sumqayıt şəhərindən keçən hissəsində baş verib.

Qəza zamanı hər iki avtomobilin sürücüsü - 1952-ci il təvəllüdlü Bayramov Sahatmirzə Soltan oğlu və 1989-cu il təvəllüdlü Nəsrullayev Fərdi Eynulla oğlu ağır xəsarət alıblar. Yaralılar Sumqayıt şəhər TTYX-a çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt