Masallıda yanğın külli miqdarda ziyan vurdu

ONN media FHN-nin saytına istinadla xəbər verir ki, bu gün səhər saatlarında Masallı rayonu, Köçəkli kəndində ümumi sahəsi 100 m² olan talvarın yanar konstruksiyaları 60 m² sahədə və talvarın altına yığılmış 7 ton ot bağlamasının 3 tonu yanmışdır.
Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur.
Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;