Zaqatalada yük avtomobili yanıb

Zaqatalada yük avtomobili yanıb


Zaqatalada yanğın hadisəsi qeydə alınıb.

ONN media Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Zaqatala rayonu, Qımır kəndində "Mercedes" markalı yük avtomobilinin qoşqusunun 6 ədəd arxa təkərləri və 2 m2 sahədə çadır örtüyü yanıb.

Yük avtomobili və qoşqunun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Geri qayıt