88 yaşlı kişi ehtiyatsızlıqdan yıxıldı - Boynu qırıldı

88 yaşlı kişi ehtiyatsızlıqdan yıxıldı - Boynu qırıldı


Tovuz rayonunda 88 yaşlı kişi ehtiyatsızlıqdan yıxılıb.

ONN media xəbər verir ki, hadisə rayonun Düzqırıxlı kəndində baş verib.

Kənd sakini, 1930-cu il təvəllüdlü Seyidov Fərman Seyidhüseyn oğlu evində ehtiyatsızlıqdan yıxılıb.

Hadisə nəticəsində F. Seyidovun boyun ətrafında körpücük sümüyü qırılıb.

O, təcili olaraq xəstəxanaya yerləşdirilib.

Geri qayıt