Tikintidə bədbəxt hadisə

Tovuz rayonunda tikintidə bədbəxt hadisə baş verib.
ONN media bildirir ki, rayonda tikintidə fəhlə işləyən, 1990-cı il təvəllüdlü Rüstəmov Qaçay Sahib oğlunun sifət nayihəsinə ağır taxta düşüb.
Hadisə nəticəsində Q. Rüstəmovun çənəsi sınıb.
Yaralı təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırmalar aparılır.