Avtomobil dağdan aşdı: ölən və yaralanan var

Avtomobil dağdan aşdı: ölən və yaralanan var


Hacıqabulda avtomobil dağdan aşıb.

ONN media xəbər verir ki, Hacıqabul rayonunun Udulu kəndi ərazisində "QAZ-66" markalı avtomobil dağdan aşıb. Nəticədə avtomobilin sürücüsü, Qubanın Xınalıq kənd sakini, 50 yaşlı Babayev Zakir Cümşüd oğlu hadisə yerində ölüb. 

Avtomobildə olan Xınalıq sakini, 1992-ci il təvəllüdlü Sənan Babəli oğlu Babəliyev isə xəsarət alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt