Sabirabadda ağır yol qəzası baş verib

Sabirabad şəhərində avtomobil piyadanı vurub.
ONN media xəbər verir ki, Saatlı sakini Elşad Əliyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil Sabirabad sakini, 1974-cü il təvəllüdlü Zaur Adil oğlu Səfərovu vurub.
Ağır xəsarətlər alan piyada Sabirabad xəstəxanasında ölüb.
Faktla bağlı araşdırma aparılır.