ANAMA vətəndaşı qəzaya düşdü

ANAMA vətəndaşı qəzaya düşdü
Füzuli rayonunun Arayatlı kəndi ərazisində ANAMA əməkdaşları yol qəzasına düşüb.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə nəticəsində Agentliyin əməkdaşları Salman Qəhrəmanov, Ramiz Bəylərzadə və Mustafa Qasımov xəsarət alıb. Xəsarət alan şəxslər Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb:
"İlkin tibbi yardım göstərildikdən sonra onlar Gəncə Şəhər Xəstəxanasına göndərilib. Vəziyyətləri orta ağırdır. Hadisə əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib".
Geri qayıt