Biləsuvarda avtomobil kanala aşdı

Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində ağır qəza baş verib.
ONN media xəbər verir ki, Bakı şəhər sakini İslam Vidadi oğlu Hüseynovun idarə etdiyi "Mersedes 190" markalı avtomobil nəzarətdən çıxaraq yol kənarındakı kanala yuvarlanıb.
Nəticədə avtomobildə olan sərnişinlər - Nigar İxtiyar qızı Hüseynova və Məmmədhəsən Əhmədağa oğlu Mirzəyev müxtəlif dərəcəli xəsarətlərlə rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır