İmişlidə 2 maşın toqquşdu: Xəsarət alan var

İmişlidə 2 maşın toqquşdu: Xəsarət alan var
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
ONN media xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1957-ci il təvəllüdlü Azad Qulu oğlu Məmmədov xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Lakin vəziyyəti ağır olduğundan, Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Fakt araşdırılır.

Geri qayıt