Təcili yardım tələbəni vurub öldürdü

Təcili yardım tələbəni vurub öldürdü
Goranboyda təcili tibbi yardım avtomobili piyadanı vuraraq öldürüb.
ONN media xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Borsunlu kəndindən keçən hissəsində baş verib.
Təcili tibbi yardım avtomobili yolu keçmək istəyən 21 yaşlı Cahangir Orucovu vuraraq öldürüb.
Mərhumun Azərbaycan Dövlət Aqrar Universitetinin IV kurs tələbəsi olduğu bildirilir.
Araşdırma aparılır.

Geri qayıt