Göygöldə ağır yol qəzası baş verib

Göygöldə ağır yol qəzası baş verib
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
ONN media xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan iki minik maşını toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. İlkin ehtimalara görə, qəzaya səbəb yolun buzlu olmasıdır.
Faktla bağlı araşdırma aparılır.
Geri qayıt