59 yaşlı Şəki sakinini ilan sancdı

59 yaşlı Şəki sakinini ilan sancdı


Şəkidə 59 yaşlı kişini ilan sancıb.

ONN media xəbər verir ki,  bu gün axşam saat 21 radələrində rayonun Kiçik Dəhnə kənd sakini 1959-cu il təvəllüdlü Fəxrəddin Fazil oğlu Cabbarov ilan sancması xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya bildirilib ki, müayinə zamanı Fəxrəddin Cabbarovu yaşadığı evin həyətyanı sahəsində gürzə ilanı sol ayağın baldır nahiyəsindən sancdığı məlum olub.

Reanimasiya şöbəsinə yerləşdirilən Fəxrəddin Cabbarova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

Geri qayıt