Sabirabadda yeniyetmə tonqala düşdü - Vəziyyəti ağırdır

Sabirabadda yeniyetmə tonqala düşdü - Vəziyyəti ağırdır
Sabirabad rayonunda yeniyetmə yanıq xəsarətləri alıb.
ONN media xəbər verir ki, martın 11-i saat 23 radələrində 2012-ci il təvəllüdlü Ayaz Taryel oğlu Rzazadə yaşadığı Bulduq kəndindəki evin həyətində çərşənbə axşamı ilə əlaqədar yandırılmış tonqala düşüb. O, yanıq xəsarətləri ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Tibbi yardım göstərilən yeniyetmə daha sonra Bakıda yerləşən ixtisaslaşmış xəstəxanaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.

Geri qayıt