Bakıda sərnişin avtobusu hasara çırpıldı

Bakıda 197 nömrəli sərnişin avtobusu qəzaya uğrayıb.
ONN media xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində baş verib.
Hərəkətdə olan avtobus hasara çırpılıb. Nəticədə hasarın bir hissəsi uçub. Nəqliyyat vasitəsi isə əzilib.
Faktla bağlı araşdırma aparılır.