Kəlbəcərdə zəlzələ oldu

Ağdam stansiyasından 48 km cənub-qərbdə, Kəlbəcər rayonunda zəlzələ baş verib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, maqnitudası 3,7 bal olan zəlzələ yerli vaxtla saat 00:35-də qeydə alınıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 11 km olub.