Gəncədə yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayılıb -FHN

Fövqəladə Hallar Nazirliyi Gəncədə yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.
ONN media FHN-in saytına istinadən xəbər verir ki, şəhərin Kəpəz rayonunda ikimərtəbəli yaşayış binasının ümumi sahəsi 600 m² olan dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və dam örtüyünün altına yığılmış əşyalar 30 m² sahədə yanıb.
Yanğın zamanı 30 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.
Yanğın söndürülüb.