Bakıda ağır qəza: Yük maşını taksiyə çırpıldı

Bakıda ağır qəza: Yük maşını taksiyə çırpıldı
Bakının əsas prospektində yol-nəqliyyat hadisəsi baş verib.
ONN media xəbər verir ki, hadisə bu gün səhər saatlarında H.Əliyev prospektində, metronun "Koroğlu" stansiyasının qarşısında baş verib.
MAN markalı yük maşını BYD markalı minik avtomobilinə çırpılıb. Hadisə nəticəsində minik avtomobili aşıb.
Xəsarət alanların olub-olmaması ilə bağlı məlumat yoxdur.
Aidiyyəti quruma sorğu ünvanlanıb.

Geri qayıt