Avtoyuma məntəqəsində YANĞIN

Avtoyuma məntəqəsində YANĞIN


Bakıda yanğın hadisəsi baş verib.

ONN media FHN-in saytına istinadən xəbər verir ki, Bakının Xətai rayonunda ümumi sahəsi 70 m² olan avtoyuma məntəqəsinin dam örtüyü 40 m² sahədə, yaxınlıqdakı 4 ədəd şam ağacı və ümumi sahəsi 10 m² olan köməkçi tikilinin içərisində köhnə avtomobil ehtiyat hissələri yanıb yüksək temperaturdan bitişik hasarın plastik üzlüyü 12 m² sahədə əriyib.

Avtoyuma məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Geri qayıt