Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
ONN media xəbər verir ki, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan İran vətəndaşı Əmin Abanqadan çəkisi 1 kiloqram 35 qram olan heroin aşkar edilərək götürülüb.
Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini İlqar Əliyevdən 7,1 qram, yaşadığı evdən isə 381 qramdan çox marixuana aşkar edilib.
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bulaqlı kənd sakini Əli Məmmədovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.